"Sevilya"da yeni futbolçu
10.01.2024 - 15:33
"Sevilya" heyətini gücləndirirb.
Apasport.az xəbər verir ki, Əndəlüs klubu "İnter"in yarımmüdafiəçisi Lüsyen Aqumeni icarəyə götürüb.
La Liqa klubunun mətbuat xidmətinin açıqlamasında 21 yaşlı yarımmüdafiəçinin mövsümün sonuna kimi komandanın şərəfini qoruyacağı bildirilib. Razılaşmaya əsasən məşqçilər heyəti Aqumenin oyununu bəyənərsə, fransalı futbolçunu daimi əsasda ala biləcək.
Qeyd edək ki, 2023-cu ilin yayında “İnter”ə transfer olunan Lüsyen cəmi 1 oyunda forma geyinmək şansı qazanıb.
- “Bayern”də yeni təyinat
- Parabadmintonçularımız AÇ-ni 2 gümüş medalla başa vurub - FOTO
- Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını ləğv edib
- İlham Yadullayev postda qaldı - Digər məşqçilərin aqibəti isə...
- Vanderson: “Azərbaycan Premyer Liqası Ukrayna çempionatına daha yaxındır”
0
0