Sterlinq “Çelsi”yə qayıdacaq
01.06.2025 - 12:56
Sterlinq “Çelsi”yə qayıdacaq

İngiltərə millisinin üzvü Rahim Sterlinq yayda “Çelsi”yə qayıdacaq.

Apasport.az xəbər verir ki, hazırda icarə əsasında Londonun digər təmsilçisi “Arsenal”da çıxış edən futbolçu komandadan ayrılacaq.

Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Mənbənin məlumatına görə, “topçular” 30 yaşlı vingerin müqaviləsində yer alan sərbəstqalma məbləğini ödəmək niyyətində deyil.

Qeyd edək ki, Sterlinq bu mövsüm "Arsenal"ın heyətində çıxış etdiyi 28 rəsmi matçda 1 qol, 5 assistlə yadda qalıb.