“Real”ın yetirməsi İtaliya yolunda
30.03.2026 - 13:38
“Real”ın yetirməsi İtaliya yolunda

İspaniya millisinin futbolçusu Viktor Munyoz karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az “Marca”ya istinadən xəbər verir ki, “Osasuna”nın 22 yaşlı vingeri ilə “İnter” yaxından maraqlanır.

“Nerazzurilər” futbolçunu mövsümün sonunda heyətinə qatmağı planlaşdırır. Artıq İtaliya təmsilçisi Munyozu transfer etmək üçün rəsmi təklif də irəli sürüb. Hazırda tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, futbolçu “Real” akademiyasının yetirməsidir.