“Kəpəz”dən son dəqiqə qələbəsi - YENİLƏNİB
03.11.2024 - 17:52
![“Kəpəz”dən son dəqiqə qələbəsi - YENİLƏNİB](https://apasport.az/storage/news/2024/november/03/big/6727140a11ca36727140a11ca417306142826727140a11ca16727140a11ca2.jpeg)
Bu gün Misli Premyer Liqasının XII turuna yekun vurulacaq.
Apasport.az xəbər verir ki, son oyun günündə iki matç tutacaq.
“Kəpəz” “Səbail”i qəbul edib. Tovuzda baş tutacaq qarşılaşma 16:00-da start götürüb.
Autsayderlərin duelinin taleyini 1 qol həll edib. Son dəqiqədə fərqlənən "Kəpəz" qələbə qazanıb. Komanda bununla da, "Səbail"lə xal fərqini 1-ə endirib.
Qeyd edək ki, növbəti – XIII turun oyunları noyabrın 8-10-da keçiriləcək.
Misli Premyer Liqası
XII tur
3 noyabr
16:00. “Kəpəz” – “Səbail” 1:0
Qol: Camal Cəfərov, 90
Baş hakim: Kamal Umudlu
Tovuz şəhər stadionu
0
0