Sterlinq qışda “Çelsi”dən ayrılmağa yaxındır
30.12.2025 - 22:35
“Çelsi”nin vingeri Rahim Sterlinq qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az xəbər verir ki, ingiltərəli futbolçu ilə “Nyukasl” yaxından maraqlanır.
Komanda mövsümün əvvəlindən heyətdən kənarlaşdırılan 31 yaşlı oyunçunu transfer etməyi planlaşdırır.
Qeyd edək ki, Rahim Sterlinq cari mövsümdə hələ ki, “Çelsi”nin heyətində heç bir oyunda meydana çıxmayıb. İngiltərə millisinin sabiq üzvünün London klubu ilə müqaviləsi 2027-ci ilin ortalarına qədər qüvvədədir.
0
0