
Türkiyə Super Liqasının XXVIII həftəsində "Beşiktaş" meydanda 9 nəfər qalan "Konyaspor"a 1:0 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, "qara qartallar"ın baş məşqçisi Ole-Qunnar Sulşer matçı dəyərləndirib:
"Qələbə qazanmağa layiq deyildik. Yaxşı müdafiə oluna bilmədik, yaxşı hücuma keçə bilmədik. Azarkeşlərdən üzr istəyirəm. Bu, görmək istədiyim performans deyildi. Keyfiyyətli oyun oynaya bilmədik. Çox pis çıxış etdik. "Beşiktaş" buna layiq deyil. "Beşiktaş" daha yüksək səviyyəyə layiqdir. Nəyisə dəyişməliyik. Onlar layiqli qələbə qazandılar. Cərimə meydançasında çox yaxşı müdafiə olundular. Məyusedici məğlubiyyət oldu. Qol vura bilmədik, qalib gəlməyə layiq deyildik. Rəqibimiz oyunda bizdən üstün idi. Mən karyeramda heç vaxt belə bir şey görməmişdim".
Qeyd edək ki, "Beşiktaş" Super Liqada rəqibinin qırmızı vərəqə aldığı son 5 matçın heç birində qələbə qazana bilməyib.
- İrəvandan qayıdan Azərbaycan atletləri Gürcüstandan Azərbaycana yola salınıblar - FOTO
- Xavi DÇ-2022-nin favoritini açıqladı
- Abdullahi Şuaybu: “Buna görə özümə nifrət etdim” - MÜSAHİBƏ
- Rəşad Sadiqov: "Millinin baş məşqçisinə hər zaman təzyiq olacaq, çünki..." - Müsahibə
- “Dauqavpils” futbolçusu: “Neftçi” daim mənimlə maraqlanır” - MÜSAHİBƏ