
“Araz-Naxçıvan” bu gün Konfrans Liqasında II təsnifat mərhələsində ilk oyununa çıxıb.
Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisi Bakıda “Aris”lə qarşılaşıb.
“Liv Bona Dea Arena”da baş tutan görüşə saat 20:00-da start verilib.
Gərgin keçən qarşılaşmada azarkeşlər 3 qola şahidlik ediblər. Oyun "Araz-Naxçıvan"ın 2:1 hesablı əzmkar qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasındakı cavab matçı iyulun 31-də Yunanıstanda baş tutacaq.
UEFA Konfrans Liqası
II təsnifat mərhələsi, ilk oyun
24 iyul
20:00 Araz-Naxçıvan – Aris (Yunanıstan) 2:1
Qollar: L. Moron, 66, F. Santos, 75, P. Andrade, 78
"Araz-Naxçıvan": 12. Kristian Avram, 34. Ürfan Abbasov, 3. Bəxtiyar Həsənalızadə, 4. İqor Ribeyro, 77. Bruno Aleksandre, 19. Bar Kohen, 6. Patrik Andrade, 29. Vanderson, 70. Çarlz Boli, 10. Felipe Santos, 11. Ba-Muaka Simakala
Baş məşqçi: Elmar Baxşıyev
"Aris": 33. Giorgos Atanasiadis, 37. Hamza Mendil, 4. Fabiano Leymann, 14. Yakub Brabek, 27. Noa Fadiqa, 8. Monçu, 97. Fredrik Yensen, 10. Uroş Raçiç, 99. Kleyton Diandi, 7. Karles Peres, 80. Loren Moron
Baş məşqçi: Marinos Ouzounidis
- Neymarın sevgilisini və qızını oğurlamaq istədilər
- "Tottenhem" Naqelsmann üçün "Bavariya" ilə danışmalıdır
- David Şvarqa: "Onun səyləri nəticəsində istədiyimiz nəticəni qazandıq" - MÜSAHİBƏ
- Bakıda keçiriləcək taekvondo üzrə dünya çempionatının akkreditasiyasına başlanıldı
- 18 yaşlı türk futbolçu üçün fantastik qiymət