Super Liqa klubunun adı dəyişdirilib
08.08.2024 - 22:36
![Super Liqa klubunun adı dəyişdirilib](https://apasport.az/storage/news/2024/august/08/big/66b4d1036c17f66b4d1036c180172312601966b4d1036c17d66b4d1036c17e.jpg)
Türkiyə Super Liqasında mübarizə aparan "Sivasspor" klubunun növbəti mövsüm üçün adı dəyişdirilib.
Apasport.az xəbər verir ki, "ağ-qırmızılar" ad sponsoru kimi "Net Qlobal" şirkəti ilə razılaşıb.
Beləliklə, 2024-2025 sezonunda komanda "Net Qlobal Sivasspor" kimi adlanacaq.
Qeyd edək ki, "Net Qlobal Sivasspor" Super Liqada ilk matçını avqustun 11-də "Trabzonspor"a qarşı keçirəcək.
0
0