TFF Orkun Kökçü və Sergen Yalçını CƏZALANDIRDI
06.11.2025 - 23:25
TFF Orkun Kökçü və Sergen Yalçını CƏZALANDIRDI

Bu gün Türkiyə Futbol Federasiyasının İntizam Komitəsinin iclası keçirilib.

Apasport.az xəbər verir ki, iclasda “Beşiktaş”ın “Fənərbaxça” ilə oynadığı qarşılaşmanın cəzaları müəyyənləşib.

Qərara əsasən, “qara qartallar”ın baş məşqçisi Sergen Yalçın 1 oyunluq, komandanın kapitanı Orkun Kökçü isə 2 oyunluq cəza alıb.

Xatırladaq ki, Yalçın və Kökçü “Fənərbaxça”ya 2:3 hesabı ilə uduzduqları matçda birbaşa qırmızı vərəqə ilə meydandan qovulmuşdular.