"Qalatasaray"ın ulduzu Lukas Torreyra ötən gün jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, 28 yaşlı futbolçu yerli mediaya açıqlamasında "sarı-qırmızılı" komandada olduğu üçün çox xoşbəxt olduğunu bildirib:
"Qalatasaray" həyatımın önəmli bir parçasıdır. Bir gün buranı tərk etsəm, bunu məndən eşidəcəksiniz. Bəlkə də "Qalatasaray"ın ən xoşbəxt futbolçusu mənə. Hər kəs burada mənə dəstək olub. Türkiyənin ən böyük klubunda oynayıram”.
Uruqvaylı futbolçu Mauro İkardi ilə dostluğundan söhbət açıb:
"Mauro ilə qardaş kimiyik. Bərabər çox vaxt keçiririk. Şəxsi həyatımda da mənə çox dəstək olur. Ağır zədəsi vardı. Argentinada müalicəsi davam edir. Onun yoxluğunu hiss edirik. O, türk futbolu üçün çox önəmlidir".
- Kevin Medina: “Qızım məhz bu ölkədədir”
- Qurban Qurbanovdan rumıniyalı məşqçilərə məsləhət
- Ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı atletlər Ermənistanı tərk etdi - YENİLƏNİB
- "Fənərbaxça" - "Zenit" matçında "rəhbərlik istefa" şüarları
- Ölkə birinciliyinin qalibləri müəyyənləşib - FOTO