"Tottenhem" Məhəmməd Kudusun zədələnməsindən sonra hücum xəttini gücləndirmək üçün yeni forvard axtarışındadır.
Apasport.az xəbər verir ki, “Vulverhempton”un hücumçusu Yorgen Larsen karyerasını “Tottenhem”də davam etdirə bilər.
Mümkün transferin dəyəri təxminən 46 milyon avro təşkil edə bilər.
25 yaşlı hücumçuya “Tottenhem”dən başqa, “Nyukasl”, “Kristal Pelas” və “Nottingem Forest” klubları da maraq göstərir.
Cari mövsümdə İngiltərə Premyer Liqasında 18 oyuna çıxan norveçli forvard 1 qol vurub. “Tottenhem” Premyer Liqada 20 turdan sonra topladığı 27 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.