“Tottenhem” “Yuventus”un futbolçusunu alır
18.10.2022 - 22:15
“Yuventus”un futbolçusu Ueston Makkenni karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Tottenhem”in maraq dairəsindədir.
London klubu ABŞ yığmasının üzvünü qışda heyətinə qatmağı planlaşdırır. 24 yaşlı futbolçu 2020-ci ildən “Yuventus”dadır.
Makkenni “Şalke”dən əvvəl 4,5 milyon avroya icarəyə götürülüb, sonra 20,5 milyon alınıb. O, cari mövsümün 11 matçında 1 qol vurub.
Qeyd edək ki, futbolçunun “Yuventus”la müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
- Milli Olimpiya Komitəsi ilə Azərbaycan Voleybol Federasiyası arasında protokol imzalanıb
- Dünya çempionatında boksçularımızın ilk rəqibləri bəlli olub
- Orxan Hüseynzadə Çempionlar Liqası matçına təyinat alıb
- "Fənərbaxça"nın yarımmüdafiəçisi zədələndi
- Azərbaycan Yüksək Liqasında yeni mövsümə start verilib
0
0