"Traktor" mövsümə qələbə ilə başladı
17.08.2024 - 12:22
!["Traktor" mövsümə qələbə ilə başladı](https://apasport.az/storage/news/2024/august/17/big/66c05eb41824666c05eb418247172388318866c05eb41824466c05eb418245.jpg)
İran çempionatında 2024/25 mövsümünə start verilib.
Apasport.az xəbər verir ki, "Traktor" ilk turda "Mes Rafsanjan"ın qonağı olub.
Cənubi Azərbaycan təmsilçisi birinci hissədə vurduğu 2 qolla yeni "futbol ili"nə 3 xalla start verib. "Qurdlar"ın heyətində Amirhossein Hosseinzadeh və Tomislav Strkalj fərqlənib.
Qeyd edək ki, "Traktor" ikinci turda öz meydanında "Persopolis"i qəbul edəcək.
0
0