Türkiyə Superkubokunun vaxtı dəyişdirilib
09.01.2026 - 17:19
“Fənərbaxça” ilə “Qalatasaray” arasında keçiriləcək Türkiyə Superkubokunun final oyununun vaxtı dəyişdirilib.
Apasport.az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:30-da başlaması nəzərdə tutulan qarşılaşma 19:45-ə keçirilib.
Bu barədə Türkiyə Futbol Federasiyası (TFF) rəsmi məlumat yayıb.
Matçın saatının dəyişdirilməsinə hava şəraiti səbəb olub.
Qeyd edək ki, Türkiyə Superkubokunun final matçı yanvarın 10-da İstanbulda yerləşən Atatürk Olimpiya Stadionunda keçiriləcək.
- Azərbaycan çempionatında V turun oyunları keçiriləcək
- Azərbaycanın iki idman kompleksi beynəlxalq müsabiqədə fərqlənib
- Ovusu gələn həftə “Qarabağ”dan ayrılacaq – müqaviləyə gedir
- Azərbaycan birinciliyinə rekord sayda idmançı qatılacaq
- "Lənkəran"ın baş məşqçisi: "Həvəsdən düşmədik və sona qədər mübarizə apardıq"
0
0