Türkiyəli futbolçu İngiltərəyə yollanıb
14.08.2024 - 21:34
![Türkiyəli futbolçu İngiltərəyə yollanıb](https://apasport.az/storage/news/2024/august/14/big/66bce8ffd22d866bce8ffd22d9172365644766bce8ffd22d666bce8ffd22d7.jpg)
Ötən mövsüm 5 milyon avro qarşılığında "Hatayspor"dan Fransanın "Renn" klubuna transfer olan türkiyəli futbolçu Bertuğ Yıldırım komandasını dəyişir.
Apasport.az xəbər verir ki, o, Çempionşipdə mübarizə aparan "Norviç Siti" ilə razılaşıb.
İngilislər Bertuğ üçün 6 milyon avrodan keçməyə hazırdır.
22 yaşlı futbolçu bu gün tibbi yoxlanışdan keçmək üçün İngiltərəyə yollanıb.
Qeyd edək ki, "Renn"də ümumilikdə 28 oyuna çıxan Bertuğ Yıldırım cəmi 1 qol vurub, 2 məhsuldar ötürmə verib.
0
0