Türklər fərqləndi, “Benfika” 3 xala sevindi
18.01.2025 - 02:10
![Türklər fərqləndi, “Benfika” 3 xala sevindi](https://apasport.az/storage/news/2025/january/18/big/678ad544ce952678ad544ce9531737151812678ad544ce950678ad544ce951.jpeg)
Türkiyə millisinin üzvləri Kerem Aktürkoğlu və Orkun Kökçü gecəyə damğa vurublar.
Apasport.az xəbər verir ki, “Benfika” evində “Famalikao”nu 4 cavabsız qolla məğlub edib.
Görüşdə Kerem 1 məhsuldar ötürmə, Orkun isə 1 qolla yadda qalıb.
Qeyd edək ki, “Benfika” 18 turu başa çatan çempionatda 41 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.
0
0