Türkiyə FIFA reytinqində gerilədi - 10 pillə birdən
20.06.2026 - 20:19
Türkiyə millisi DÇ-2026-dakı uğursuz çıxışından sonra FIFA reytinqində geriləyib.
Apasport.az xəbər verir ki, qardaş ölkə təmsilçisi Avstraliya və Paraqvaya məğlubiyyətlərdən sonra 10 pillə geriləyərək 32-ci sıraya düşüb.
Türkiyə hazırda 1550,13 xalla 32-ci pillədə qərarlaşıb.
Reytinq siyahısına isə Argentina başçılıq edir. İlk “5-lik”də Fransa, İspaniya, İngiltərə və Braziliya da yer alıb.
Qeyd edək ki, Türkiyə millisi DÇ-2026-nın D qrupunda əvvəlcə Avstraliyaya 0:2, daha sonra Paraqvaya 0:1 hesabı ilə uduzub.
0
0