Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın rəqibi olan İrlandiyanın “Şelburn” klubu UEFA tərəfindən cəzalandırılıb.
Apasport.az xəbər verir ki, Şimali İrlandiyanın “Linfild” komandası ilə Çempionlar Liqasının təsnifat mərhələsinin 1-ci mərhələsinin ilk oyununda azarkeşlər Dublindəki “Tolka Park” stadionunun keçidlərini bağladıqları üçün İrlandiya çempionu 4000 avro (təxminən 8000 manat) ödəyəcək.
Xatırladaq ki, “Qarabağ” “Şelburn”la ilk görüşdə 3:0 hesablı qələbə qazanıb.
Komandalar arasında cavab oyunu iyulun 30-da Bakıdakı Tofiq Bəhramov adına stadionda keçiriləcək və görüşə saat 20:00-da start veriləcək.
- "Qarabağ"ın oyununun biletləri satışa çıxır
- Minifutbol üzrə dünya çempionatında qrup mərhələsinə yekun vurulub - YENİLƏNİB
- “Sumqayıt”ın baş məşqçisi: “Bunun səbəbləri məlumdur”
- Fransada ilin ən yaxşı məşqçisi bəlli oldu
- Ayxan Abbasov: “Komandamızın Moldova önündə sona kimi vuruşması bizi sevindirdi”