“Yuventus”un hücumçusu Duşan Vlahoviç komandasını dəyişmək fikrinə düşüb.
Apasport.az saytının məlumatına görə, yanvarda “Fiorentina”dan transfer edilən 22 yaşlı forvard “qoca sinyora”nın cari mövsümdəki çıxışından məmnun deyil.
Komanda Çempionlar Liqasına (ÇL) vəsiqə qazana bilməsə, yay transfer pəncərəsi zamanı satılmasını tələb edəcək. Hazırda A seriyasında 8-ci pillədə qərarlaşan “Yuve” 9 turdan sonra Çempionlar Liqasının zonasından 7 xal geridədir. Komanda eyni zamanda ÇL-in qrupunda 3 xalla 3-cü yerdədir.
Qeyd edək ki, Duşan Vlahoviçin “Yuventus”la müqavilə müddəti 2026-cı ilə qədərdir.
- Çerçesov Qazaxıstan millisinin baş məşqçisi postunu tərk edib
- Merih Demiralın evi qarət olundu
- FİFA dünya çempionatını özəlləşdirir? Avropa ölkələri boykotu müzakirə edir
- Sumqayıtda qolsuz heç-heçə, Zirədə qarşılıqlı qollar - YENİLƏNİB
- Avropa Oyunları: Boksçumuz finala yüksəldi və Paris-2024-ə lisenziya qazandı - FOTOLENT