Vüsal İsgəndərli Albaniyada zirvədə
23.11.2023 - 23:27
Vüsal İsgəndərlinin formasını geyindiyi "Eqnatiya" klubu Albaniya çempionatında 13-cü turun təxirə salınmış oyununa çıxıb.
Apasport.az xəbər verir ki, "Eqnatiya"nın kapitanı Rafael Dvamenanın ürəktutması və həyatını itirməsinə görə "Partizani" ilə görüş 24-cü dəqiqədə yarımçıq qalmışdı.
Görüş qaldığı yerdən davam etdirilib. Oyun elə 1:1 hesabı ilə də başa çatıb. Həmyerlimiz Vüsal İsgəndərli 76-cı dəqiqədə əvəzlənib.
"Eqnatiya" - "Partizani" - 1:1
Qollar: Malota, 11 (1:1), Bintsouka, 13 (1:1)
Qeyd edək ki, bu nəticədən sonra "Eqnatiya" 27 xalla turnir cədvəlinə başçılıq edir.
- "Araz-Naxçıvan"ın oyunçusu: "Biz sübut etdik ki, bu yerə elə-belə gəlməmişik" - Müsahibə
- Rəşad Sadıqov: “İnanmıram zəng olsun ki, filan oyunçunu oynat”
- Bakıda futbol hakimləri üçün seminar keçirilib
- Veteran cüdoçularımız qitə çempionatında 11 medal qazanıblar
- Taekvondo Federasiyasında Avropa çempionları ilə görüş - FOTO
0
0