Millimizin Gürcüstan sınağı
11.04.2026 - 12:55
Futzal üzrə Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirəcək.
Apasport.az xəbər verir ki, baş məşqçi Yevgeni Kukseviçin rəhbərlik etdiyi komanda yenidən Gürcüstan yığması ilə üz-üzə gələcək.
Görüş Tbilisi şəhərindəki İdman Sarayında saat 14:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında iki gün əvvəl keçirilmiş görüşdə meydan sahibləri 4:2 hesablı qələbə qazanmışdı.
Qeyd edək ki, hazırlıqlarını davam etdirən yığmamız aprelin 13-ü və 15-də Aktaü şəhərində Qazaxıstan millisi ilə yoldaşlıq oyunları keçirəcək.
0
0