Bakıda atıcılıq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, mərasimin açılışını gənclər və idman nazirinin müavini Mariana Vasilyeva edib.
Vasilyeva Azərbaycana gələn qonaqları salamlayaraq, ölkədə atıcılıq idman növünə marağın olduğunu bildirib və bu mötəbər yarışın Bakıda keçirilməsindən qürur duyduğunu qeyd edib. Nazir müavini bu günün Azərbaycanın Müstəqillik Günü olduğunu da vurğulayaraq, vacib bayramda ölkəmizdə olduqlarına görə iştirakçılara təşəkkürünü çatdırıb. Mariana Vasilyeva bu gün müstəqil Azərbaycanın ilk Olimpiya çempionu olan Zemfira Meftahətdinovanın doğum günü olduğunu xatırladaraq, onu təbrik edib.
Ardından Azərbaycan Atıcılıq Federasiyasının baş katibi Emin Cəfərov yarış iştirakçılarına uğur arzulayıb.
Beynəlxalq Atıcılıq İdman Federasiyasının prezidenti Vladimir Lisin isə Dünya Kubokunun Bakıda keçirilməsinin Azərbaycan Prezidentinin ölkə idmanına diqqət və qayğısının göstəricisi olduğunu qeyd edib. “Bilirik ki, atıcılıq idman növünə ölkədə marağın olması böyük zəhmətin və diqqətin nəticəsidir”, - deyən federasiya prezidenti gənclər və idman nazirinə, Azərbaycan Atıcılıq Federasiyasının prezidentinə turnirin təşkilinə görə təşəkkür edib.
Tədbirin rəsmi açılışı mərasimindən sonra Dünya Kubokunun seçmə mərhələ atışları keçirilib. 29 may -7 iyun tarixlərində isə final yarışları baş tutacaq.
- Pedri ən yaxşı adına layiq görüldü
- Fərid Qayıbov: "İnanıram ki, AFFA baş məşqçi postuna uğurlu seçim edəcək"
- Ramil Şeydayev və Musa Qurbanlıdan yubiley qolları
- Böyük Britaniyanın Azərbaycandakı səfiri “Qarabağ”a uğurlar arzulayıb
- Fərid Qayıbov Parisdə idman nazirlərinin beynəlxalq forumunda iştirak edib