Mövsümün sonunda "Real"la müqaviləsi başa çatan Luka Modriç gələcəyi haqda danışıb.
Apasport.az xəbər verir ki, 39 yaşlı xorvatiyalı yarımmüdafiəçi karyerasını "kral klubu"da başa vurmaq istədiyini bildirib:
"Real"la yeni müqavilə imzalamaq? Bu məsələdə tələsmirəm. Mövsümün bitməsinə hələ çox qalıb, qarşıda vacib oyunlarımız var. Mövsümün sonunda görəcəyik. Xəyalım karyeramı "Real"da başa vurmaqdır".
Qeyd edək ki, "Real" Luka Modriçi 2012-ci ilin yayında"Tottenhem"dən transfer edib. Təcrübəli futbolçu bu mövsüm Madrid təmsilçisinin heyətində meydana çıxdığı 44 rəsmi matçda 4 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
- Minifutbol üzrə dünya çempionatının mükafatlandırma mərasimi keçirilib
- “Tottenhem”in futbolçusu: "Layiqli qələbə qazandıq"
- Avropa çempionatı: İki boksçumuz 1/8 finala vəsiqə qazanıb
- I Liqada dekabr ayının "TOP-5" qolu - VİDEO
- Bəhmən Həsənov: "Mənə qarşı haqsız davranışlar futboldan kənarda qalmama səbəb olub"