Yamal Ronaldonu gözləyir - Avstriya ilə matçın ən yaxşısı seçildi
03.07.2026 - 01:49
Yamal Ronaldonu gözləyir - Avstriya ilə matçın ən yaxşısı seçildi

İspaniya millisinin futbolçusu Lamin Yamal DÇ-2026-nın 1/16 finalında Avstriya ilə oyundan sonra açıqlama verib.

Apasport.az xəbər verir ki, 19 yaşlı vinger 1/8 finalda Kriştiano Ronaldo ilə üz-üzə gəlməyin onun üçün xüsusi olacağını bildirib.

“Dünya çempionatında 1/8 finalda Portuqaliya - Kriştiano Ronaldo ilə qarşılaşsaq, bu mənim üçün böyük şərəf olar”, - deyə Yamal qeyd edib.

Yamal həmçinin Avstriya ilə matçın ən yaxşı futbolçusu seçilib.

Qeyd edək ki, İspaniya Avstriyanı 3:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Komanda növbəti mərhələdə Portuqaliya - Xorvatiya cütünün qalibi ilə qarşılaşacaq.