Youssef En-Nesri "Fənərbaxça"da - Rəsmi
24.07.2024 - 12:46
![Youssef En-Nesri "Fənərbaxça"da - Rəsmi](https://apasport.az/storage/news/2024/july/24/big/66a0bf5d9c68866a0bf5d9c689172181078166a0bf5d9c68666a0bf5d9c687.jpg)
İstanbul nəhənglərindən "Fənərbaxça" Youssef En-Nesrinin transferi üçün "Sevilya" ilə rəsmi danışıqlara başlayıb.
Apasport.az xəbər verir ki, klub bu barədə KAP-a (İctimai Məlumat Platforması) məlumat verib.
Futbolçu tibbi müayinədən keçmək üçün bu gün İstanbula gələcək.
Tibbi müayinədən keçdikdən sonra 27 yaşlı mərakeşlinin transfer detallarının açıqlanacağı gözlənilir.
0
0