Yunanıstan klubundan Sarriyə 3 illik təklif
01.06.2024 - 21:08
![Yunanıstan klubundan Sarriyə 3 illik təklif](https://apasport.az/storage/news/2024/june/01/big/665b54b6cca53665b54b6cca541717261494665b54b6cca51665b54b6cca52.jpg)
Yunanıstanın “Panatinaikos” klubu italiyalı baş məşqçi Mauritsio Sarri ilə danışıqlar aparır.
Apasport.az xarici mətbuata istinadən xəbər verir ki, klub 65 yaşlı mütəxəssisə 4,5 milyon avro maaşla 3 illik müqavilə təklif edir. Sarri artıq “Panatinaikos” rəhbərliyi ilə görüşüb və qərarını düşünmək üçün vaxt istəyib.
Sarri 2021-ci ilin iyunundan 2024-cü ilin martına qədər “Latsio”da çalışıb.
0
0