“Yunayted”dən yeni transfer - RƏSMİ
14.07.2026 - 21:31
“Yunayted”dən yeni transfer - RƏSMİ

"Mançester Yunayted" heyətini yeni qapıçı ilə gücləndirib.

Apasport.az xəbər verir ki, klub Karl Darlounu transfer edib.

Bunu Premyer Liqa təmsilçisinin mətbuat xidməti açıqlayıb.

Uels millisinin 35 yaşlı qolkiperi ilə 2028-ci ilin iyununa kimi müqavilə bağlanıb.

O, daha öncə İngiltərənin "Lids", "Nyukasl", "Hall Siti" və "Nottinqem Forest" klublarında çıxış edib.