"Yunion" Belçika Superkubokunu qazandı - Tarixində ikinci zəfər
01.08.2026 - 09:48
"Yunion" Belçika Superkubokunu qazandı - Tarixində ikinci zəfər

Belçikanın "Yunion Sent Jillua" klubu ölkə Superkubokunun qalibi olub.

Apasport.az xəbər verir ki, Brügge şəhərində keçirilən həlledici görüşdə komanda son çempion "Klub Brügge" ilə üz-üzə gəlib.

Matçın əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.

Qalib penaltilər seriyasında müəyyənləşib.

Burada 5:4 hesabı ilə üstün olan "Yunion" tarixində ikinci dəfə Belçika Superkubokuna sahib çıxıb.