Yunus Akgün “Qalatasaray”ın tarixinə düşdü
21.10.2026 - 22:38
“Qalatasaray”ın futbolçusu Yunus Akgün UEFA Çempionlar Liqasında klub tarixinə düşüb.
Apasport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi turnirin Liqa mərhələsinin 3-cü turunda “Lill”lə səfər qarşılaşmasında rekorda imza atıb.
Türkiyə millisinin üzvü matçın start fitindən cəmi 65 saniyə sonra fərqlənib. Bununla da Akgün “Qalatasaray”ın Çempionlar Liqası tarixində ən erkən qolun müəllifi olub.
Qeyd edək ki, cari mövsüm bütün turnirlərdə 12 oyuna çıxan futbolçu 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
0
0