Renat Dadaşov İsveçrədə 8-ci qolunu vurdu
12.03.2023 - 20:36
![Renat Dadaşov İsveçrədə 8-ci qolunu vurdu](https://apasport.az/storage/news/2023/march/12/big/640e018465d8e640e018465d8f1678639492640e018465d8c640e018465d8d.jpg)
Azərbaycan millisinin futbolçusu Renat Dadaşov İsveçrədə növbəti qolunu vurub.
Apasport.az-ın xəbərinə görə, o, çıxış etdiyi "Qrasshopers" komandası ilə autsayder "Vintertur"a qarşı keçirilən İsveçrə Super Liqasının XXIV turunun matçında hesabı açıb.
Renat 41-ci dəqiqədə hesabı açsa da, fasilədən sonra qonaqlar hesabı bərabərləşdirib. Hazırda oyun 1:1 hesabı ilə davam edir.
Qeyd edək ki, bu qol Renat Dadaşovun "Qrasshopers"də vurduğu 8-ci qoldur. O, bunlardan 7-si çempionatda, 1-ni İsveçrə kuboku turnirində vurub.
0
0