"Qarabağ"da şok itki: 4-6 həftə oynamayacaq
11.12.2024 - 11:19

Azərbaycan millisinin və "Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə zədələnib.
Apasport.az xəbər verir ki, o, sabah İsveçdə "Elfsborq"a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının matçını buraxacaq.
Futbolçunun bud arxa əzələsində zədə aşkarlanıb. Millimizin üzvü bu səbəblə 4-6 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Qeyd edək ki, "Qarabağ"ın daha öncə zədələnən 2 futbolçusu - Aleksey İsayev və Kevin Medina da görüşü buraxacaqlar.
- Ayxan Abbasov: “Ən gərgin vaxtlara keçirik”
- "Çelsi" etdiyi transferlərlə heyətinin dəyəri 1 milyard avronu keçdi
- "Zirə"nin hücumçusu 1/8 final matçını buraxacaq
- Millimizin Türkiyə ilə səfər oyununun yeri MÜƏYYƏNLƏŞDİ
- "Sumqayıt" "Neftçi" ilə oyunda azarkeşlərin təhqiramiz şüarlarına görə ziyana düşüb
0
0