
"Nyukasl"ın müdafiəçisi Loyd Kelli Premyer Liqanı İtaliya A Seriyasına dəyişə bilər.
Apasport.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano məlumat yayıb.
Turin təmsilçisi “Yuventus” 26 yaşlı mərkəz müdafiəçisinin xidmətində maraqlıdır.
"Qoca sinyora" Kellinin transferi üçün ingilislərə 15 milyon avro təklif etsə də, Premyer Liqa klubu müqavilənin şərtlərindən razı qalmayıb.
Xatırladaq ki, Loyd 2024-cü ilin yayında "Nyukasl"ın heyətinə "Bornmut"dan keçmişdi. Həmin vaxtdan müdafiəçi 13 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib. Kellinin transfer dəyəri 18 milyon avro olaraq qiymətləndirilir.
- Koffidən gözlənilən hərəkət: Azarkeşlərdən üzr istədi
- Xulio Rodriqes: “Baş məşqçi dedi ki, “Sabah”da qalmaq təkcə ondan asılı deyil” - MÜSAHİBƏ
- Regekampf: “Qarabağ"la oyundan sonra səviyyəmizi biləcəyik” - MÜSAHİBƏ
- Zidan "Liverpul"un baş məşqçisi olur
- Şahmat üzrə Azərbaycan çempionatında finalçılar müəyyənləşib