Nazim Babayev final mərhələsinə yüksələ bilməyib
07.06.2024 - 21:43
İtaliyanın paytaxtı Romada atletika üzrə Avropa çempionatı start götürüb.
Apasport.az xəbər verir ki, Azərbaycan atleti Nazim Babayev final mərhələsinə yüksələ bilməyib.
O, uzunluğa tullanma yarışında 6,92 m nəticə göstərib. Bu, Nazimə 29-cu pillədə qərarlaşmaq imkanı verib və təmsilçimiz Avropa çempionatı ilə təsnifat mərhələsində vidalaşıb.
Qeyd edək ki, yığmanın heyətində ilk olaraq mübarizəyə Yekaterina Sarıyeva qoşulub. O, üç təkanla tullanmada 12,93 m nəticə ilə təsnifat mərhələsində mübarizəni dayandırıb.
- Jurnalistlərdən ibarət komanda "Star Cup Azerbaijan - Ulduzlar Liqası"nın qalibi olub - FOTO
- “Turan Tovuz”dan inamlı qələbə - YENİLƏNİB
- "Fənərbaxça" Bundesliqada çıxış edən futbolçunu istəyir
- Argentinadan 20 yaşlı futbolçu gətirdi
- Millimizin voleybolçusu: "Səhvlər həlledici anlarda qələbə qazanmağımıza mane oldu"
0
0