"Qarabağ"ın oyununda türk və ərəbcə pankart - FOTO
16.02.2023 - 21:45
!["Qarabağ"ın oyununda türk və ərəbcə pankart - FOTO](https://apasport.az/storage/news/2023/february/16/big/63ee8384af7ee63ee8384af7ef167657562063ee8384af7ec63ee8384af7ed.jpg)
Avropa Konfrans Liqasının pley-off mərhələsinin Bakıda keçirilən "Qarabağ" – "Xent" (Belçika) oyunundan əvvəl Türkiyə və Suriyada zəlzələ qurbanları unudulmayıb.
Apasport.az-ın xəbərinə görə, matçdan əvvəl türkcə və ərəbcə "Yanınızdayıq" sözü yazılmış pankart qazon üzərinə gətirilib.
Saat 21:45-də başlayan matç isə 1 dəqiqəlik sükutla başlayıb.
0
0