Təmsilçimiz Avropa birinciliyində 3 medal qazanıb
30.10.2024 - 18:59
Polşanın Raşin şəhərində keçirilən ağırlıqqaldırma üzrə gənclər və 23 yaşadək atletlər arasında Avropa birinciliyi davam edir.
Apasport.az xəbər verir ki, Azərbaycan yığması yarışda növbəti medalları qazanıb.
Bu gün 81 kq çəki dərəcəsində Ravin Alməmmədov körpücük üzərinə çıxıb. O, birdən qaldırma hərəkətində 151 kq-ı ram edib və fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Atletimiz təkanla qaldırma hərəkətində 187 kq-ı başı üzərinə qaldırıb və bu ona gümüş medal qazandırıb. Ravin toplamda 338 kq (151+187) nəticə ilə yekun sıralamada da gümüş medal qazanıb.
0
0