Madriddən Romaya köçür
15.08.2022 - 13:23
Madriddən Romaya köçür

“Real”ın yarımmüdafiəçisi Marko Asensio “Roma”nın hədəfinə düşüb.

Apasport.az saytının məlumatına görə, Nikolo Zaniolo İngiltərə komandalarından birinə keçsə, İtaliya klubu onu heyətinə qatmağa çalışacaq.

“Canavarlar” ispaniyalı futbolçu ilə bağlı danışıqlara da başlayıb. Zaniolonun tezliklə “Tottenhem”ə keçməsi gözlənilir. Romalılar onun transferindən 50 milyon avro qazanmağı və bu pulun müəyyən hissəsini Asensioya ayırmağı planlaşdırır.

Qeyd edək ki, 26 yaşlı Asensio 2015-ci ilin yayından “Real”da çıxış edir.

writer photo
Əlirza Əlirzalı
0