Pele öldü, Pellenin üstünə axışdılar
30.12.2022 - 17:44
Pele öldü, Pellenin üstünə axışdılar

İtaliya millisinin sabiq futbolçusu Qratsiano Pelle inanılmaz bir durumla üzləşib.

Apasport.az saytının məlumatına görə, futbol kralı Pelenin ölümündən sonra minlərlə insan Pellenin sosial şəbəkə səhifələrinə axışıb.

Bir hərf yanlışlığa yol verən futbol fanatları ona başsağlığı rəyləri yazıb. Onun 82 deyil, 37 yaşında olması, irqinin fərqliliyi də xətanı görmək üçün kifayət etməyib.

Onun şəkillərində “Allah sənə rəhmət eləsin”, “Əlvida, əfsanə”, “Sənin üçün darıxacağıq”, “Sən Maradonadan üstünsən”, “Əlvida, çempion”, “Sən bütün dövrlərin ən yaxşısısan” tipli minlərlə rəy yazılıb. Düzdür, onları qəflətdən ayıltmaq istəyənlər də öz rəyləri ilə digərlərinə xəbərdarlıq edib. Amma bunun faydası olmayıb.

Qeyd edək ki, futbol kralı Pele dünən 82 yaşında ölüb. AVRO-2016-nın iştirakçısı olan Pelle isə ötən il karyerasını başa vurub.
 

writer photo
Əlirza Əlirzalı
0