2 oyunluq vaxt
03.03.2023 - 16:00
2 oyunluq vaxt

“Çelsi”də baş məşqçi Qrem Potterin taleyi qarşıdakı iki oyundan asılı vəziyyətə düşüb. 

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, klub rəhbərliyi 47 yaşlı çalışdırıcı ilə bağlı qərarını Premyer Liqanın “Lids” və Çempionlar Liqasının “Borussiya” (Dortmund) ilə matçlarının nəticələrinə əsasən verəcək. 

Hələlik digər məşqçilərlə danışıqlar aparılmadığı, lakin bu görüşlərin vəziyyəti dəyişəcəyi bildirilir.

Qeyd edək ki, Potter ötən ilin sentyabr ayından “Çelsi”inin “sükanı arxası”ndadır. Komanda Premyer Liqada 24 oyundan 31 xalla turnir cədvəlində 10-cu yerdədir. Çempionlar Liqasının 1/8 finalının ilk oyununda isə “Borussiya”ya 0:1 hesabı ilə uduzub. 

writer photo
Əlirza Əlirzalı
0