Bu gün Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək.
Apasport.az saytının məlumatına görə, qitənin ən nüfuzlu klub turnirində yarımfinalın iki iştirakçısı dəqiqləşəcək.
Turnirin son qalibi “Real” İngiltərədə “Çelsi”nin qonağı olacaq. Ötən həftə iki cavabsız qolla qalib gələn İspaniya nəhəngi Londona üstünlüklə yollanıb.
İtaliya klublarının duelində “Napoli” “Milan”ı qəbul edəcək. A seriyasının lideri son çempiondan aldığı minimalhesablı məğlubiyyətin əvəzini çıxmağa çalışacaq.
Qeyd edək ki, cavab oyunları aprelin 19-da keçiriləcək iki matçla başa çatacaq.
Çempionlar Liqası
1/4 final, cavab oyunları
18 aprel
23:00. “Napoli” - “Milan”
Baş hakim: Şimon Marçinyak (Polşa)
Zədəli: Covanni Simeone (“Napoli”)
Cəzalılar: Kim Min-Ji, Andre Zambo Anqissa (hər ikisi “Napoli”)
Zədə üzündən sual altında olan: Malik Tşau (“Milan”)
Əmsallar: 1 – 1,71, X – 4,00, 2 – 5,50
Neapol. Dieqo Armando Maradona stadionu
İlk oyun – 0:1
23:00. “Çelsi” - “Real”
Baş hakim: Daniele Orsato (İtaliya)
Zədəlilər: Armando Broya, Kalidu KLulibali (hər ikisi “Çelsi”), Ferlan Mendi (“Real”)
Cəzalı: Ben Ciluell (“Çelsi”)
Əmsallar: 1 – 3,01, X – 3,68, 2 – 2,43
London. “Stemford Bric” stadionu
İlk oyun – 0:2