Daha bir İngiltərə klubu baş məşqçisini yola salmaq istəyir
05.04.2023 - 20:47
Daha bir İngiltərə klubu baş məşqçisini yola salmaq istəyir

İngiltərə Premyer Liqası təmsilçisi “Notinqem Forest”də də baş məşqçi dəyişikliyi ola bilər.

Apasport.az xəbər verir ki, “meşəbəyi”lər baş məşqçi Stiv Kuperi istefaya göndərmək istəyir.

Son 8 oyunda qələbə qazana bilməyən komanda hazırda 27 xalla 17-ci sırada qərarlaşıb. Komandanın rəhbərliyi bu durumu düzəltməsi üçün 43 yaşlı mütəxəssisə daha bir neçə oyunluq şans vermək istəyir.

Qeyd edək ki, Stiv Kuper 2021-ci ildən “Notinqem Forest”in baş məşqçisidir.

writer photo
Əlirza Əlirzalı
0