"Qarabağ"dan " Səbail"ə keçən Nihad Quliyev Apasport.az saytına müsahibə verib.
- "Səbail"lə artıq bir illik müqavilə imzaladın. Halbuki çoxları sənin "Şamaxı"ya, ötən mövsüm formasını geyindiyin komandaya qayıdacağını ehtimal edirdi. Necə oldu ki, "Səbail"ə keçdin?
- "Səbail"ə gedişim mənim üçün daha faydalı olacağını düşünürdüm. Ona görə belə, keçid baş verdi. Bu komanda üçün əlimdən gələni edəcəm.
- "Qarabağ"dan artıq birdəfəlik ayrıldın? Klub sənə yeni müqavilə təklif etmədi? Etsəydi, oranın futbolçusu kimi qalıb, icarəyə yollanmaq olardı başqa kluba?
- "Qarabağ"la müqaviləm bitməmişdi. Sadəcə orada heyətə düşməkdə çətinlik çəkirdim. Ona görə də, qarşılıqlı qərar verib, komanda ilə yollarımı ayırdı. Lakin "Qarabağ" mənim üçün hər zaman doğmadır.
- Ümumiyyətlə, "Qarabağ"da əsas komandada olduğun dövrü necə şərh edərdin? Səncə, əsas heyət uğrunda mübarizə aparmaq çox çətin idi? Niyə əsas heyətdə, meydanda görə bilmədik səni?
- "Qarabağ"da çox xoş günlərim keçdi. Bu klubda ilk addımlarımı atdım. Bu klubda hər şeyi öyrəndim. Hər anım, hər günüm maraqlı, xoş xatirələrlə xatırlanır. Əlbəttə ki, "Qarabağ"da heyətə düşmək çox çətindir.
- Qurban Qurbanovun sənə "Səbail"ə getmək variantına reaksiyası necə oldu?
- Qurban bəy bunu xoş qarşıladı. Hətta mənə bərk olmağımı, mübarizə apqrmağımı söylədi. Hər zaman "Qarabağ" qapısını mənə açıq olduğunu vurğuladı.
- Necə düşünürsən, gələcək illərdə yenidən "Qarabağ"a, bu dəfə isə əsas komandada oynamaq üçün qayıda biləcəyini düşünürsən?
- Bunun üçün çox çalışmalıyam, çox mübarizə aparmalıyam. Amma ən böyük xəyallarımdan biri "Qarabağ"a qayıdıb əsas heyətdə oynamaqdır.
- "Səbail"dəki məqsədin və hədəflərin nədən ibarətdir? Səncə, əsas heyətdə oynamaq, Şahin Diniyevin etimadını qazanmağın mümkündür?
- Əlimdən gələn hər şeyi edəcəm ki, komanraya faydalı olmağa çalışacam. Düşən fürsətləri də maksimum dəyərləndirmək istəyirəm. Hər şey özümdən asılıdır.