Altı illik həsrətə SON
27.07.2023 - 14:54
Altı illik həsrətə SON

Azərbaycan millisi uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq.

Apasport.az saytının məlumatına görə, Canni de Byazinin yetirmələri AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə görüşünü ölkənin bir nömrəli arenasında keçirəcək.

Oktyabrın 16-da təşkil olunacaq matçla millimiz 6 illik həsrətdən sonra “Tofiq Bəhramov”a qayıdacaq. Komandamız ən çox oyun keçirdiyi arenada sonuncu dəfə 2017-ci ildə meydana çıxıb.

Həmin vaxt iyunun 10-da DÇ-2018-in seçmə oyunundakı rəqib Şimali İrlandiya olub. Millimiz bu görüşdə 0:1 hesabı ilə uduzub.

Qeyd edək ki, yığmamız AVRO-2024-ün ilk ev oyununu “Dalğa Arena”da Estoniyaya qarşı (1:1) keçirib. Qarşıdakı Belçika ilə seçmə, İordaniya ilə yoldaşlıq matçları da Mərdəkandakı bu stadionda təşkil olunacaq.

writer photo
Əlirza Əlirzalı
0