“Apasport”dan 6 UDUŞ: “Ödənişli”dən “DUBL”
20.06.2023 - 10:45
“Apasport”dan 6 UDUŞ: “Ödənişli”dən “DUBL”

“Apasport” proqnozsevərlərə kupon təklifini davam etdirir. İyunun 19-da keçirilən oyunlarda 6 uduş qeydə alınıb. 

Mütəxəssis komandamızın təklif etdiyi “Ödənişli” kuponlar abunələrimizə növbəti qazanc gətirib. İki belə variantda qeydə alınan uduşla növbəti “dubl” rəsmiləşib.

Yığmaların oyunlarının yer aldığı 5,61 əmsallıq “Ödənişli” həm də günün ən böyük uduşu olub. Norveç çempionatına təxminlər olan “Ödənişli” isə 2,23 əmsallıq qazanc gətirib. Ümumilikdə isə iki belə variant 7,84 əmsallıq uduşla yekunlaşıb.

Mütəxəssis komandamız kimi saytımızın ekspertləri də dəqiq təxminləri ilə seçilib. Ramil Quliyevin saytımızda, “Tik-Tok” və “Yutub”da paylaşılan ümumilikdə 10 kuponundan 2-də uduş qeydə alınıb.
 
Onun “Tik-Tok” (3,01 və 1,78 əmsal) variantlarında təxmini dəqiq alınıb. Ekspert ümumilikdə 4,79 əmsallıq qazanc gətirib. Onun uduş faizi 20,0 faiz, uduş əmsalı 0,48-dir.

Proqnozsevərlərə 4 kupon təklif edən Sənan Ələkbərlinin “Gənclər” (3,45 əmsal) təxmini dəqiq olub. Onun uduş faizi 25,0, uduş əmsalı isə 0,86-dır.

Zaur Məmmədov betterlərə 5 kupon təklif edib. Onun iki variantı uduşla nəticələnib. Mütəxəssisin “Ödənişli” (2,23 əmsal) kuponundan başqa, “Favorit” (2,08 əmsal) təxmini də dəqiq alınıb. Proqnozsevərlərə 4,31 əmsallıq uduş gətirən ekspertin uduş faizi 40,0 faiz, uğur əmsalı 0,86-dır.  

Ümumilikdə 6 qalib kuponun əmsalının cəmi 18,16-ya bərabərdir.

Ödənişli kupon (5,61 əmsal)
Ukrayna – Malta - 1:0 (Y/Q)
Türkiyə - Uels – 2:0 (1)
İrlandiya – Cəbəllüttariq – 3:0 (2,5 Üst)
İsrail – Andorra – 2:1 (2,5 Üst)

Ödənişli kupon (2,23 əmsal)
“SK Brann 2” – “Alta IF” – 5:1 (Üst (3,5))
“Aaskollen” – “Odds BK 2” – 6:4 (Üst (3,5))

Tik-Tok (3,01 əmsal)
“Almirante Braun” – “Klub Almaqro” – 1:0 (1)
“Deportivo Riestra” – “Quilmes” – 1:1 (1,5 Üst)

Tik-Tok kupon (1,78 əmsal)
“San Martin” – “Lakuabamba” – 2:2 (1,5 Üst)
“Union Huaqral” – “Unidos” – 1:5 (1,5 Üst)

Gənclər kuponu (3,45 əmsal)
Macarıstan U-21 – İslandiya U-21 - 0:1 2
Monteneqro U-21 – Polşa U-21 - 1:2 üst

Favorit kuponu (2,08 əmsal)
Türkiyə - Uels - 2:0 (1)
Ukrayna – Malta - 1:0 (1)

writer photo
Əlirza Əlirzalı
0