"Qalatasaray"ın hücumçusu Mauro İkardi yenidən meydanlara qayıdır.
Apasport.az "ntvspor"a istinadla xəbər verir ki, 1 aya yaxındır meydanlardan kənar qalan forvard “Trabzonspor”la qarşılaşmada forma geyinəcək.
“Fənərbaxça” ilə derbi oyununda (0:0) üzündən zədə alan futbolçunun müalicəsi qrafikə uyğun davam edir.
Klubdan verilən açıqlamada, bu axşam İstanbula gələcək 31 yaşlı hücumçunun məşqlərə qatılacağı bildirilib. Argentinalının xüsusi qoruyucu maska taxaraq Trabzon səfərində meydana çıxaması gözlənilir.
Qeyd edək ki, Super Liqanın XXI turu çərçivəsində oynanılacaq ”Trabzonspor” – “Qalatasaray” matçı bazar günü saat 20:00-da start götürəcək.