“Ödənişli”də 13 uduş
31.07.2023 - 12:53
“Ödənişli”də 13 uduş

Proqnozsevərləri yüksək dəqiqlik ehtimallı ödənişli kuponlar təklif edən “Apasport” ötən həftəni də uğurla başa vurub. İyulun 24-30-da belə variantlardan 13-ü uduşla nəticələnib.

Bununla da ardıcıl ikinci həftə “Ödənişli”dəki uduş sayı “10+” olub. Ötən həftənin belə kuponları 37,22 əmsallıq qazanc gətirib. Orta hesabla gündə 1,86 variant dəqiq olub. Gündəlik uduş əmsalı 5,32-dir.

Həftənin altı günündə “Ödənişli”də uduş qeydə alınıb. İyulun 27-də rekord sayda – 5 variant dəqiq olub. Bu, 2023-cü ilin rekordunun təkrarıdır. Ayın 24-də, 25-də və 28-də iki, 29-da və 30-da bir “Ödənişli” uduşla yekunlaşıb.

Həftənin ən böyük “Ödənişli” uduşu 8,09 əmsaldır. Bu, iyulun 27-də qeydə alınıb.

Daha iki dəfə dəqiq ödənişlinin əmsalı “3+”a bərabər olub. Bu kuponlar 3,67 və 3,50 qazanc gətirib.

writer photo
Əlirza Əlirzalı
0