Türkiyə Superliqasının 31-ci həftəsində "Fənərbaxça" doğma meydanda "Adana Dəmirspor"la qarşılaşıb.
Apasport.az xəbər verir ki, "sarı-lacivərdlilər" Aleksander Ciku, Edin Ceko, Duşan Tadiç və Serdar Dursunun qolları ilə 4:2 qalib gələrək xallarının sayını 82-ə yüksəldib.
Sonuncu dəfə liqanın 11-ci həftəsində Trabzonspora 3-2 hesabı ilə məğlub olan "Fənərbaxça" sonradan liqada keçirdiyi 20 matçda məğlub olmayıb.
Cəmi 4 matçda (“Adana Dəmirspor”, “Qalatasaray”,“Samsunspor”, “Alanyaspor”) meydandan bərabərliklə ayrılan "Fənərbaxça" qalan bütün oyunları qalibiyyətlə tamamlayıb.
"Fənərbaxça" liqanın 32-ci həftəsində səfərdə "Fatih Karagümrük"ün qonağı olacaq.