“Monako”nun tələbi PSJ-ni qane etmədi
30.08.2022 - 12:55
“Monako”nun tələbi PSJ-ni qane etmədi

PSJ “Monako”nun müdafiəçisi Aksel Disasi ilə maraqlanır.

Apasport.az saytının məlumatına görə, Knyazlıq klubu 24 yaşlı futbolçusunu qarşı tərəfə satmağın əleyhinə deyil.

Ancaq rəhbərliyin bunun üçün tələbi var. “Monako” fransalı oyunçusunun transferindən ən azı 50 milyon avro qazanmaq niyyətindədir. Lakin parislilərin idman direktoru Luis Kampos buna razılıq verməyib. O, məbləğdə endirimə gediləcəyi təqdirdə Disasini alacaqlarını bildirib.

Qeyd edək ki, Aksel Disasi “Monako”ya 2020-ci ilin yayında “Reyms”dən keçib.

writer photo
Əlirza Əlirzalı
0