“Real” sabiq müdafiəçisini qaytarır
09.01.2023 - 17:32
“Real” sabiq müdafiəçisini qaytarır

“Real”ın Dani Karvaxalın yerinə almaq istədiyi futbolçu müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, İspaniya klubu Əşrəf Hakimini heyətinə qaytarmaq istəyir.

24 yaşlı müdafiəçi hazırda PSJ-də çıxış edir. Mərakeşli futbolçu 2006-20-ci illərdə “Real”a məxsus olub. Əsas komandada 17 matça çıxan Əşrəf 2 qol vurub. Onun parislilərlə müqaviləsi 2026-cı ilin yayında başa çatacaq. Bu üzdən “Real” onun transferi üçün xərcə düşməli olacaq.

Qeyd edək ki, müdafiəçi Dortmund “Borussiya”sı və “İnter”də də forma geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0