Asensio “Barselona”ya keçir?
23.01.2023 - 16:13
Asensio “Barselona”ya keçir?

"Real"ının hücumçusu Marko Asensio mövsümün sonunda klubunu dəyişə bilər.

Apasport.az saytı xəbər verir ki, Madrid təmsilçisi ilə bu ilin yayına kimi müqaviləsi olan 27 yaşlı futbolçu özünü başqa komandada sınamaq arzusundadır. 

“Kral klubu” Asensio ilə müqavilənin müddətini artırmaq istəsə də, İspaniya millisinin üzvü ilə razılaşma əldə edə bilmir. Oyunçunun agenti Xorxe Mendesin isə müştərisini bir neçə ingilis komandalarına, eləcə də “Real”ın əzəli rəqib “Barselona”ya təklif etdiyi bildirilir. Kataloniya təmsilçisi ilə yaxşı əlaqəsi olan Mendesin hətta forvardın transferi ilə bağlı fikir mübadiləsi apardığı da deyilir. 

Qeyd edək ki, Asensio 2016-cı ildən “Real”ın formasını geyinir.
 

writer photo
Əlirza Əlirzalı
0