Arda Gülər yenidən ​​Avropa çempionatı tarixinə düşdü
03.07.2024 - 10:14
Arda Gülər yenidən ​​Avropa çempionatı tarixinə düşdü

Avropa çempionatının 1/8 final mərhələsində Türkiyə millisi Merih Demiralın qolları ilə Avstriyanı 2:1 hesabı ilə məğlub edib.

Apasport.az xəbər verir ki, "ay-ulduzlar" komanda tarixində ikinci dəfə 1/4 finala yüksəlib.

Türkiyənin gənc ulduzu Arda Gülər ​​Avstriya matçında verdiyi ötürmə ilə Avropa çempionatının tarixinə düşüb.

O, ​​Ueyn Runi və Kriştiano Ronaldodan sonra Avropa çempionatları tarixində 20 yaşdan aşağı həm qol, həm də məhsuldar ötürmə edən ilk futbolçu olub.

Millinin Gürcüstanla matçında qol vuran Arda Gülər ​​Avstriya ilə qarşılaşmada məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0